Özbəkistanın paytaxtında kirayə qiymətləri iki dəfə artıb- Rusların axınına görə (RƏQƏMLƏR)

Özbəkistanın paytaxtı Daşkənddə kirayə mənzillərin qiymətləri iki dəfə artıb.

Azpost.info xəbər verir ki, yerli rieltorlar qiymət artımını Rusiyadan gələn xarici vətəndaşların axını ilə əlaqələndiriblər.

“Etaji” daşınmaz əmlak agentliyinin məlumatına görə, indi Daşkənddə bir və ya iki otaqlı mənzillərin aylıq kirayə qiymətləri 600-1500 dollar arasında dəyişir: “Əvvəllər qiymətlər 300-450 dollar səviyyəsində idi. Hər gün şirkətə şəhərdə mənzil tapmaq üçün kömək istəyən yeddi-səkkiz zəng gəlir”.

Başqa bir agentlik bu yaxınlarda 2000-dən çox rusiyalı üçün kirayə tapmaq üçün sifariş aldığını bildirib. Adı açıqlanmayan şirkət kömək üçün özəl rieltorlara müraciət etməli olub.

“Mənzillərini satmağı planlaşdıran müştərilər indi fikirlərini dəyişərək kirayədən pul qazanmaq qərarına gəliblər”, – rieltorlardan biri bildirib.

Özbəkistan Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, rusiyalılar qanunu pozmadığı təqdirdə məcburi deportasiyaya məruz qalmayacaqlar.

Sentyabrın 21-də Rusiyada elan edilən qismən səfərbərliyə görə rusların başqa ölkələr axını başlayıb. Onların çoxu rusların vizasız gedə biləcəyi ölkələrə – Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistana üz tutub.

Azpost.info

 

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Yüksək bal toplayan tələbələrə Prezident təqaüdü veriləcək