“Pənah Hüseynlə Rusiya sülhməramlılarının Qarabağa gəlməsi üçün Moskvaya danışıqlara getdik” –

Tofiq Zülfüqarovdan şok açıqlama  
14 Noyabr 2020 - 12:25

Kəlbəcərin düşmən işğalından azad edildiyi bu günlərdə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 27 il əvvəl-1993-cü ildə rayonun işğalı ətrafında baş vermiş diplomatik səylərin tarixindən yazıb.

Onun sözlərinə görə, bu günlərdə bəzi hadisələri xatırlamaq lazım gəlir: “Həmin dövrdə danışıqlarda mənimlə bərabər mərhum Vəfa Quluzadə və hazırda Vitse-prezidentin birinci köməkçisi olan səfir Elçin Əmirbəyov iştirak edirdi. Hazırda özünü “Elçibəy irsi”nin varisi sayanlardan bu danışıqlarda iştirak etmirdi”.

Tofiq Zülfüqarov bu danışıqların maraqlı detallarını açıqlayıb: «1992-93-cü ilin qışında gərgin vəziyyət yaranmışdı. Aydın oldu ki, Rusiya istiqamətinə doğru ciddi diplomatik addımlar atmaq lazımdır. Burada həmçinin Moskvanın sülhməramlı əməliyyatda iştirakını genişləndirmək təklifi daxil idi. Bu məqsədlə Rusiyadakı səfir Hikmət Hacızadənin təşəbbüsü ilə Pənah Hüseynov Rusiya XİN rəhbəri Andrey Kozırevlə görüşmək üçün Moskvaya uçdu. Mən də o səfərdə idim…Bu səfər nəticəsiz oldu və tezliklə Kəlbəcər işğalı baş verdi”.

Sabiq nazir deyib ki, hazırkı vəziyyət tam əksinədir.

Sabiq nazir bu xatirəni son günlər verdiyi müsahibələrə görə onu tənqid edən müxalifət düşərgəsinin fəallarına görə yazdığını bildiirb: “Bu statuslarda mənə qarşı təhqirlərdə “vətən xaini”, “Elçibəyin ölkədən çıxartıdğı rus ordusunun qayıtması” və digər standart klişelər var. Bunu həmin siyasi populistlər üçün yazdım ki, məni daha yeni xatirələri yazmağa vadar etməsinlər”.

Tofiq Zülfüqarov bildirib ki, sabiq prezident Əbülfəz Elçibəy vicdanlı və ləyaqətli insan idi: “Elçibəy hesab edirdi ki, Türkiyə o zaman Azərbayacana köməyə gələcək. O zaman bu mümkün deyildi”.