Sabah axşamdan hava qeyri-sabit keçəcək-Yağış, qar yağacaq (PROQNOZ)

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Havanın temperaturu tədricən 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Pənah Hüseynlə Rusiya sülhməramlılarının Qarabağa gəlməsi üçün Moskvaya danışıqlara getdik” –

Sonrakı məqalə

“Su-30″ qırıcıları Azərbaycanla döyüşlərdə faydasız oldu” –