Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

User 11 Oktyabr 2025 - 09:30 (Last updated: 11 Oktyabr 2025 - 09:06)
pehriz

ABŞ-ın Missuri Universiteti alimlərinin yeni araşdırması göstərib ki, yüksək yağlı və az karbohidratlı, yəni ketogenik pəhriz beyin sağlamlığını qorumağa və Alsheymer xəstəliyi riskini azaltmağa kömək edə bilər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, bu pəhriz APOE4 geninə malik şəxslər üçün xüsusilə faydalı ola bilər. APOE4 geni Alsheymer xəstəliyi üçün ən güclü genetik risk faktorlarından biridir. Siçanlar üzərində aparılan sınaqlarda APOE4 geninə malik dişilərin ketogenik pəhrizlə qidalanarkən daha sağlam bağırsaq mikroflorasına və daha çox beyin enerjisinə sahib olduqları müəyyən edilib. Kişilərdə bu təsir zəif olsa da, nəticələr pəhrizin kimlər üçün daha faydalı ola biləcəyinə işıq salır. Alimlər bildirirlər ki, ketogenik pəhriz beynin enerji mənbəyini dəyişdirərək fayda göstərə bilər. Karbohidratlar azaldıqda orqanizm qlükoza əvəzinə ketonlardan istifadə etməyə başlayır və bu, beyin hüceyrələrinin sağlam qalmasına kömək edə bilər.

Missuri Universitetinin professoru Ai-Linq Lin qeyd edib ki, hər kəs üçün eyni pəhriz uyğun olmaya bilər və genetik quruluş, cins, yaş kimi fərdi amillər nəzərə alınmalıdır.

Tədqiqatın nəticələri “Journal of Neurochemistry” jurnalında “Ketogenik pəhriz siçanlarda bağırsaq mikrobiota-beyin metabolit oxunu cins və genotipə xas şəkildə modulyasiya edir” başlığı ilə dərc olunub.

Alimlər ümid edirlər ki, araşdırma gələcəkdə Alsheymer xəstəliyinin qarşısını almağa yönəlmiş erkən müdaxilələr üçün yeni imkanlar yaradacaq.

AzPost.az

Post navigation

Previous: ABŞ noyabın 1-dən Çin mallarına 100% rüsum tətbiq edəcək
Next: Avropa İttifaqı altı ölkədə yeni süni intellekt fabrikləri inşa edəcək

Oxşar xəbərlər

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
oturaq isler
  • Maraqlı

Gün ərzində saatlarla oturmaq orqanizmə necə təsir edir?

User 01 Noyabr 2026 - 17:00
video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43

xƏBƏR

ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət...
Read more about Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.