Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Şəhidlər xiyabanını ziyarət edib.
Pakistanın Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Pakistanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
***
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.
Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.