İstanbulda bu gün saxlanılan “Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu saatlarda azadlığa buraxıldığı barədə məlumat təsdiqini tapmayıb.
Jurnalist Fuad Abbasovun feysbuk üzərindən canlı apardığı proqrama telefon zəngi ilə “Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva qoşulub.
F.Quliyeva bildirib ki, Mübariz Mənsimov sərbəst buraxılmayıb: “Hətta Mübariz bəy yemək və su içməkdən imtina edib. Baxmayaraq ki, bu günlərdə əməliyyat olunub. Bu gün onun ofisində və evində araşdırma aparılıb, ancaq “FETÖ” ilə ilgili heç bir dəlil tapılmayıb, heç tapıla da bilməz. Çünki onlarla heç zaman əlaqə olmayıb, ola da bilməz”. (modern.az)