Pandemiya dövründə dünyada rekord sayda dövlət başçısı vəfat edib

26 İyul 2021 - 10:34

2020-ci ilin əvvəlindən 2021-ci ilin iyuluna qədərki dövr ərzində dünyda hakimiyyədə olan 8 dövlət rəhbəri ölüb.

Azpost.info bildirir ki, bu son 20 il ərzində dünya üzrə rekord göstəricidir.

Bu ilin iyulun əvvəlində Haiti prezidenti Covonel Moiz sui-qəsdçilər tərəfindən qətlə yetirilib. Aprel ayında isə qiyamçılarla döyüşdə aldığı yaralardan Çad prezidenti İdris Debi həlak olub.

Daha iki Afrika lideri-Tanzaniya prezidenti Con Pombe Maqufuli və Burundi prezidenti Myer Nkurunziza koronavirusdan vəfat ediblər.

Həmçinin 2020-ci ilin noyabrında xəstəlik nəticəsində Bəhreynin baş naziri Salman Xəlifə və Esvatini Krallığının baş naziri Dlamini dünyasını dəyişib. Son iki ildə həmçinin Kot Divuarın iki baş naziri ard-arda ölüb. 2020-ci ilin mart ayında Baş nazir Amed Bakayko, iyul ayında isə Qon Kulibali vəfat edib.

2018-2019-cu illərdə beş dövlət lideri ya ölüb ya da öldürülüb. 2016-2017-ci ildə isə dörd dövlət rəhbəri qətlə dünyasını dəyişib. 2003-2004-cü illərdə müxtəlif səbəblərdən 7 dövlət və hökümət başçısı dünyasını dəyişib.