Pandemiya dövründə nə qədər məhbus koronavirusa yoluxub? –

AÇIQLAMA
29 İyul 2021 - 12:18

Koronavirus infeksiyası pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

O bildirib ki, bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilib: “Görülmüş tədbirlər nəticəsində pandemiya dövründə məhbuslar arasında cəmi 561 yoluxma halı qeydə alınıb. Bu da həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4% təşkil edib. Bu sahədə Penitensiapr xidmətin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib”. (APA)