Pandemiya məşhur şirkəti “vurdu” –

"Eurolines" fəaliyyətini dayandırır
27 İyul 2020 - 08:24

Baş ofisi Fransada yerləşən məhşur “Eurolines” nəqliyyat şirkəti fəaliyyətini dayandırır.

Trend-in məlumatına görə, ucuz gediş haqları ilə Avropada səyahətin simvolu sayılan “Eurolines” 35 il avtobuslarla sərnişin daşımaları xidmətini göstərib.

“Eurolines” 2018-ci ildə 49 milyon avro əldə edib və ötən ilin aprelində alman “Flixbus” korporasiyası tərəfindən alınıb. Şirkətin fəaliyyətinin dayandırılması səbəbi kimi koronavirus pandemiyasının sərnişin daşıyıcısının maddi vəziyyətinə ciddi şəkildə ziyan vurması göstərilir.