Pandemiya zamanı HƏCC –

Müqəddəs məkanda ziyarət belə başlanıb (VİDEO)
29 İyul 2020 - 18:41
Həcc

Səudiyyə Ərəbistanında zəvvarların Həcc ziyarəti başlayıb.

Müqəddəs torpaqlarda bu gün Həcc ayının 8-i olduğu üçün zəvvarlar Mina çölünə səfərə başlayıblar. Sabah isə Qurban bayramının ərəfəsi – Ərəfə günü qeyd olunacaq.

Qeyd edək ki, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, Həcc ziyarəti yalnız ölkə daxilindən gələnlər üçün açıqdır, xaricdən ziyarətçilər qəbul edilməyib.

Bu səbəbdən müqəddəs məkan boşdur. Yayılan videoda Məkkə məscidinin seyrəklik müşahidə olunur.