“Pandemiyanın nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil” –Ümumdünya Səhiyyə Təşkilatından bədbin açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə hallar proqramının direktoru Maykl Rayan COVID-19 pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmağın mümkün olmadığını bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Hazırda heç kim pandemiyanın nə qədər müddət davam edəcəyini təxmin edə bilmir. Bizim qarşımızda bir çox ssenari var. Düşünürəm ki, insanları maraqlandıran tətbiq edilmiş tədbirlərin nə qədər müddət qüvvədə olacağıdır. Biz qeyri-müəyyənlik dövrünə daxil oluruq”, – rəhbər bildirir.
Martın 11-də ÜST yeni COVID-19  infeksiyasını pandemiya elan etdi. Son məlumata görə, indiyədək dünyada 465 mindən çox insan yoluxub, 21 mindən çox insan isə dünyasını dəyişib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Nəqliyyat nazirini vəzifəsindən azad edib

Sonrakı məqalə

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait daxil olub?