Paraqvay Prezidenti Santiaqo Penya ürəyinin ağrıması səbəbindən təcili yardım maşını ilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini tərk edib.
Bu barədə “Ultima Hora” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib.
Nəşrin məlumatına görə, Penya xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub.
Elektrokardioqramma zamanı anomaliya aşkarlanıb və prezidentin özəl xəstəxanaya göndərilməsinə qərar verilib.