“Parlament seçkilərində 60 faiz səs alacağıq” –

Paşinyan tərəfdarları ilə görüşdə bəyanat verdi
29 May 2021 - 17:37

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan rəhbəri olduğu “Vətəndaş sazişi” partiyasının 60 faiz səs alacağını deyib.

Azpost.info bildirir ki, Paşinyan bu barədə İrəvanda üç administrativ rayonlarının partiya fəalları ilə görüşündə bildirib: “Hesab edirəm ki, vətəndaşların 60 faizi seçkidə “Vətəndaş sazişi” partiyasına səs verəcək. Bu nəticə Üçüncü respublikaya qarşı sui-qəsdçilərin qurduğu bütün planlarını alt-üst edəcək”-deyə o vurğulayıb.

Paşinyan həmçinin partiya fəallarına Ermənistanın keçmiş hakimiyyətlərini ittiham etməyə, onların üzərində ictimai mühakimə keçirməyə çağırıb. Ermənistanın bütün tarixi ərzində bütün sabiq iqtidarlar seçkidə iştirak edəcək.

Onları siyasu səviyyədə mühakimə etmək imkanınız var. 27 oktyabr və 1 mart gülləbaranına, Qarabağla bağlı danışıqlarla görə təkcə Koçaryna deyil, mənə də hökm çıxara bilərsiniz”-deyə Paşinyan vurğulayıb.

Ermənistanda növbədənkənar seçki iyunun 20-də keçiriləcək. 22 partiya və 4 siyasi blok iştirak üçün səndələrini MSK-ya təqdim edib. Qeydiyyat 31 mayda başa çatır.