Paşinyan 2020-ci ildə atəşkəs bəyanatını noyabrın 9-u səhər imzaladığını bildirib

Baş nazir Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatını noyabrın 9-u səhər imzaladığını bildirib.

“Sputnik Armenia” xəbər verir ki, o, bu barədə 44 günlük müharibə ilə bağlı Ermənistanda yaradılmış komissiyanın iclasında bildirib.

Paşinyan qeyd edib ki, 2020-ci ildə atəşkəs bəyanatını noyabrın 9-da səhər imzalayıb, baxmayaraq ki, sənəd axşam saatlarında açıqlanıb.

Əvvəlki məqalə

Okeanda yoxa çıxan sualtı qayığın ekipaj üzvü əlaqəyə çıxdı –

Sonrakı məqalə

“Qəbələ” daha iki futbolçusu ilə vidalaşıb