Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Paşinyan Azərbaycanla sülh bağlanması üçün Ərdoğandan dəstək istəyib

User 26 Sentyabr 2024 - 22:55 (Last updated: 21 May 2025 - 20:15)
erdoqan pasinyan esas

Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanmasında Türkiyədən dəstək gözləyir.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hörmətli Paşinyanın yanaşmalarına baxsaq, mənfi tendensiya görməyəcəyik. Onlar bizdən, Türkiyədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və mehriban qonşuluğun yaradılmasında dəstək gözləyirlər. Biz də bu məqsədi güdürük və bu istiqamətdə səylər göstəririk. Ümid edirəm ki, biz Azərbaycan və Ermənistan arasındakı bu hadisələri mərhələli şəkildə həll edə bilərik və Azərbaycanla Ermənistan arasında olan bu problemləri aradan qaldırmaqla normala qayıda bilərik. Çünki hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycan tərəfinin belə bir gözləntisi var və onlar buna səy göstərirlər. Biz bunu Ermənistanda da gördük. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər üçün qapı açacaq. Bu sülh prosesinin müsbət nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək.”, – deyə Ərdoğan bildirib.

Post navigation

Previous: “Qarabağ” “Tottenhem” oyununda start heyətlər
Next: “Qarabağ”ı aparan avtobus Londonda tıxaca düşüb, oyunun vaxtı dəyişdi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.