Ermənistan Baş naziri Nikol Paşinyan Bakı ilə danışıqlara daha iki ölkənin cəlb edilməsini təklif edib.
Azpost.info xəbər verir ki, bu ölkələr Almaniya və ABŞ ola bilər.
Paşinyan Azərbaycana Almaniya və ya ABŞ-ı dəvət edərək “Praqa formatını” genişləndirməyi təklif edib. Ermənistan Baş nazirinin fikrincə, buna səbəb Azərbaycanın Fransanın mövqeyini bəyənməməsidir.
“Əgər Fransanın mövqeyi Azərbaycanın xoşuna gəlmirsə, o zaman formatı genişləndirək – Almaniyanı və ya ABŞ-ı dəvət edək”, – Paşinyan bildirib.
Azpost.info