Paşinyan delimitasiyaya Bağanıs kəndindən başlamağı təklif edib

“Ermənistan kifayət qədər ciddi təhlükəsizlik problemləri ilə üz-üzədir. Bu problemi həll etməyin əsas aləti legitimlikdir. Biz Ermənistanın sərhədlərini beynəlxalq səviyyədə tanınan ərazi daxilində bərqərar etməliyik”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Paşinyan Tavuş vilayətinə səfəri zamanı yerli sakinlərlə görüşü zamanı bəyan edib.

Paşinyan bildirib ki, sərhədlərin demarkasiya prosesi bəzi yaşayış məntəqələri üçün müəyyən problemlər yarada bilər: “Vəziyyət elədir ki, demarkasiya və delimitasiya prosesinə Bağanisdən başlayaraq Berakberə və bir az o tərəfə olan ərazilərdən başlamaq daha məntiqlidir”.

Baş nazir deyib ki, onlar üçün Ermənistanın ərazi bütövlüyünün möhkəmləndirilməsi vacibdir: “Ermənistan Respublikasının ərazi bütövlüyünü tanımasını istəyirik. Başqalarının ərazi bütövlüyümüyzü tanımasını istəyiriksə, ilk növbədə özümüz tanımalıyıq. Gələcəyimizi qurmağın yeganə yolu budur”.

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.