“Paşinyan deyibsə, deməli əsasları olub” –Rusiyanın XİN müavini sülhməramlıların müddətindən danışdı

“Bu həyatda hər şey ola bilər. Ermənistanın lideri deyibsə, yəqin ki, belə deməyə əsasları olub”.

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonuna qədər sülhün imzalanması ehtimalı ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.

Soçi sammitinin gündəliyində Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilədək uzadılmasına dair imzalamağa hazır olduğu sənədin müzakirə edilib-edilməməyəcəyi ilə bağlı sualı cavablandıran Rusiya XİN başçısının müavini qeyd edib ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq yerləşdirilib: “Onun konkret mandatı var – beş il. Hələ 5 il keçməyib”, – deyə rusiyalı diplomat əlavə edib. (APA)

Əvvəlki məqalə

Azərbaycan və İran XİN rəhbərləri vəziyyəti müzakirə edib

Sonrakı məqalə

“Fəryad-2” filminin treyleri yayımlanıb –