“Seçilmiş hökumətə hörmətsizlik göstərən şəxslərin Ermənistana girişi qadağandır”.
Azpost.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin, o cümlədən Konstantin Zatulin, Marqarita Simonyan və Aram Qabrelyanovun ölkəyə səfərinə qadağa qoyulmasının səbəbləri ilə bağlı sualı belə cavablandırıb.
“Onlar xalqın seçdiyi hökumətə hörmət etməlidirlər. Əgər bu insanlar Ermənistana etdiklərinin bir faizini yaşadıqları ölkələrdə etsəydilər, vizasız evlərinə girə bilməzdilər”, – Paşinyan qeyd edib.
Azpost.info