Paşinyan istefa verəcəyi tarixi açıqladı –"Bu, mənim iqtidardan getməyim demək deyil" (YENİLƏNİB)

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkənin Armavir bölgəsinin Araqas kəndi sakinləri ilə görüşündə aprel ayında erkən parlament seçkiləri üçün rəsmi olaraq istefa verəcəyini söyləyib.

“Sputinik Armenia”nın məlumatına görə, Paşinyan bildirib ki, bu addımla hakimiyyətdən getmir:“Yaxın gələcəkdə, aprel ayında, erkən seçkilərin baş tutması üçün istefa verəcəm, amma bu mənim iqtidardan getməyim demək deyil. Bu müddət ərzində baş nazir vəzifəsini icra edəcəyəm”.

Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra onu iki dəfə baş nazir seçməsə, növbədənkənar seçkilər təyin ediləcək. Bu vəziyyətdə Paşinyan baş nazir vəzifəsini davam etdirəcək. Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini söyləmişdi.

Ermənistanda yeni parlament seçkiləri iyuna təyin edilib. Bu müddət ərzində Baş nazir istefa verməlidir. N.Paşinyan iyuna qədər Baş nazirin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir