Paşinyan Kəlbəcərdəki qızıldan danışdı və müxalifəti ittiham etdi:

"İqtidara gəlmək sizə nəsib olmayacaq"
27 Noyabr 2020 - 14:10

“Kəlbəcərdəki qızıl mədəninin yarısı Ermənistan yarısı Azərbaycan ərazisindədir. Bu məsələdə sui-qəsd nəzəriyyəsi qurmağa ehtiyac yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Paşinyan xalqa müraciətində bildirib.

O, bu məsələ ilə bağlı etiraz edən müxalifəti probelmi şişirtməkdə və qalmaqal salmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, xaosu vəziyyətini qan tökməklə hakimiyyətə gəlməyə çalışan bir sıra qüvvələr yaradır: “Bu qüvvələr həmişə etdikləri kimi qanla hakimiyyətə gəlmək istəyirlər. Bu onlara nəsib olmayacaq. Bu qüvvələr xalqı qanuni hökumətə qarşı qaldıra bilməyəcəklər”-deyə Baş nazir vurğualyıb.