Ermənistanın Baş naziri Paşinyan Rusiya prezidenti Putinin andiçmə mərasiminə getməyəcək.
Azpost.info bildirir ki, bu barədə MediaHub mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələri iddia edir ki, Paşinyan bu qərarla bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır.
Saytın məlumatına görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq.
Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq.