Paşinyan Putinin Ermənistanla bağlı dediklərinə reaksiya verdi –"Azərbaycanla münasibətlərdə...."

“İrəvan münaqişənin Rusiyanın təklif etdiyi prinsiplər əsasında həlli üçün Bakı ilə işləməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz “Tvitter” səhifəsində yazıb.

Paşinyan Rusiyanın onun təkliflərini dəstəkləyəcəyinə ümid etdiyini də bildirib: “İrəvan sentyabrın əvvəlində Rusiyanın təqdim etdiyi Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

MDB hökumət başçıları Astanada toplaşıb

Sonrakı məqalə

Polisin əlində açılan silah faciəyə səbəb oldu