Paşinyan Putinlə görüşlə bağlı özünütəcrid rejiminə keçib

02 Aprel 2021 - 10:16

Ermənistanın Baş Naziri Nikol Paşinyanın Rusiyaya səfərinin tarixi bilinib.

TASS-ın verdiyi xəbərə görə, Baş Nazirin mətbuat katibi Mane Gevorqyan bildirib ki, N. Paşinyan aprelin 7-də Moskvaya səfər edəcək.

Onun sözlərinə görə, səfər zamanı N. Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

M. Gevorqyan qeyd edib ki, N. Paşinyan Moskva səfəri öncəsi aprelin 2-dən etibarən özünütəcrid rejimində çalışır.