Rusiya prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla Laçın dəhlizindəki vəziyyəti müzakirə edib.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Laçın dəhlizi ilə bağlı Rusiya tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib.
Söhbət zamanı Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə də toxunulub.
Ermənistan və Rusiya liderləri ikitərəfli əməkdaşlığın gündəliyində duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Azpost.info
