Paşinyan Rusiyadan “yol xəritəsi” tələb edir- Laçın yolunun açılması ilə bağlı

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Nazirlər Kabineti Laçın dəhlizinin açılması üçün Rusiyadan “yol xəritəsi” gözləyir.

“Rusiya vəziyyəti necə qiymətləndirir, Laçın dəhlizinin bərpası üçün onun planı və yol xəritəsi nədir? Bunlar Ermənistanın, Qarabağ ictimaiyyətinin Rusiyadan cavabını gözlədiyi suallardır”, – Baş nazir bildirib.

Paşinyan qeyd edib ki, hökumət Qarabağ sakinlərinə kömək üçün bu gün 10 milyon dollara yaxın vəsait ayıracaq. Bundan başqa, Baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərlik edəcəyi işçi qrup yaradılıb.

“Bütün bunları nəzərə alaraq, mən işçi qrupu yaratmaq qərarına gəldim. Onun vəzifəsi humanitar məsələlərin monitorinqi və lazımi təcili dəstəyin göstərilməsi olacaq”, – Paşinyan əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Sonrakı məqalə

Kərim Vəliyev Komando hərbi hissəsində olub-