Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yolötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, dekabr ayının 30-dan 31-nə keçən gecədən etibarən 2023-cü il yanvar ayının 4-ü axşam saatlarınadək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Əvvəlki məqalə

Prezident Administrasiyası Vətəndaş Qəbulu Mərkəzində vətəndaşların qəbulu –

Sonrakı məqalə

Paşinyan Rusiyadan “yol xəritəsi” tələb edir