Oktyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
Bu barədə “Moskva. Kreml. Putin” proqramında bildirilib.
Xatırladaq ki, V. Putin və N. Paşinyan bundan əvvəl bu il iyulun 7-də Ermənistanda parlament seçkilərindən sonra görüşüb.
Qeyd edək ki, bu gün Ermənistan müdafiə naziri Arşak Karapetyan da Moskvaya səfər edib.