Nikol Paşinyan xalq məhkəməsi qarşısında durmağa hazır olduğunu bildirib.
Azpost.info-nun məlumatına görə, baş nazir bu barədə keçirdiyi onlayn mətbuat konfransında bəyan edib.
Paşinyan deyib ki, bununla yanaşı bir şərti var: Bu yalnız cəmiyyətlə və siyasi qüvvələrlə səmimi və vicdanlı dialoqdan sonra bu addımı ata bilər.
Paşinyanın sözlərinə görə, dövlət başçısı kimi o yaranmış vəziyyətə görə çavabdehdir və xalqla üzbəüz durmalıdır. “Amma cəmiyyət hər şey barədə detalları bilməlidir. Bunun üçün hərbçiləri, müxalifəti və hökuməti dinləmək lazımdır”.
Paşinyan bildirib ki, 2018-ci ilin mayında hakimiyyətə gələndə Qarabağla bağlı danışıqlar prosesi artıq geridönməz nöqtəyə çatmışdı: “Danışıqlar prosesində Qarabağın status müəyyən edilmədən gediləcək ərazi güzəştlərinin aydın konturları çəkilmişdi. Belə demək olarsa “heç nəyin müqabilində ərazi güzəşti”…”
O bildirib ki, həmin vaxt artıq keçmiş hakimiyyət təsdiq etməyə başladılar ki, Paşinyan Qarabağı təslim etmək niyyətindədir: “Burada 3 variant mümkündür: Ya bu adamlar peyğəmbər olublar, ya Paşinyan hökuməti satqındır, ya da Serj Sərkisyan tərəfdarları danışıqlar prosesinin hara çatdığını, və Ermənistan qarşısında hansı qaçılmaz tələbələr qoyulduğunu biliblər”.
“Mən bu məntiqi dəyişmək istədim. Təəssüf ki. buna nail ola bilmədik. Çünki heç bir şərt olmadan ərazilərin qaytarılması barədə konsensus artıq bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmişdi. Biz bu konsensusu dəyişə bilmədik. Ola bilsin biz vəziyyəti düzgün qiymətləndirə bilmədik. Amma nə edə bilərdik? Bununla barışmalı idik? Mən bunu istəmirdim”-deyə Paşinyan vurğulayıb.