Paşinyan sukutu pozdu, Qarabağdan danışdı:“Azərbaycanla danışıqlarda maraqlı dinamika var”

“Qarabağ danışıqları ilə bağlı prosesdə qəribə görünsə də kifayət qədər maraqlı dinamika var. Mən nikbinəm və fikrimcə, bu dinamika davam edəcək”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nkol Paşinyan Facebbok üzərindən bu günkü canlı yayım zamanı bəyan edib. Paşinyan cəbhə xəttində gərginliyin azaldılmasını qeyd edib: “Bu bizim Düşənbədəki məlum müzakirəlrədən sonra baş verib”.

Bununla yanaşı Baş nazir deyib ki, erməni tərəfi bu gün itkilərə məruz qalır.

Paşinyan münaqişənin həli ilə bağlı özünün əvvəlki tezisini yenə təkrarlayıb: “Qarabağ məsələsinin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün qəbulolunan olmalıdır”.

Paşinyan deyib ki, rəqibləri erməni cəmiyyətini hərbi əməliyyatların başlanması ilə qorxudur: “Adamları müharibə ilə qorxudurlar. Belə təbliğat aparılır”. Bu şaiyələrə cavab verən Paşinyan bildirib ki, erməni-azərbaycanlı münasibətlərində yaranmış bu situasiya həmişə özündə təhlükəni saxlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İran Vaşinqtonla heç bir danışıq aparmayacaq” –

Sonrakı məqalə

Azərbaycan-İran sərhədində silahlı insident –