Ermənistanın və İranın xarici işlər naziri bu gün telefonla danışıblar, regiondakı situasiyanı müzakirə ediblər.
Azpost.info bildirir ki, bu barədə Baş nazir Nikol Paşinyan sosial şəbəkədəki canlı efir zamanı bildirib.
“XİN rəhbəri insan qurbanı ilə nəticələnmiş halla bağlı İran hökumətinə və xalqına başsağlığı verib. İran və ABŞ Ermənistana dost olan ölkələrdir. Belə situasiyada biz antiiran və anti-amerikan fəaliyyətinə qarışa bilmərik. Bizim çağırışımız ondan ibarətdir ki, bizim İranda və ABŞ-da olan tərəfdaşlarımız onsuz da regionda gərgin olan vəziyyəti pisləşdirən addımlardan kənarda qalsınlar”.