Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Qazaxıstandakı durumu və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birgə atılacaq addımları müzakirə edib.