VİP sədri Əli Əliyevin məhkəməsi başlanıb –DSX zabitləri onun həbsini tələb edir

Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işləri üzrə iki məhkəmə prosesi keçirilib.

Azpost.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, prosesdə Ə. Əliyevin vəkilləri vəsatət qaldıraraq hər iki işin eyni icraatda birləşdirilərək bir məhkəmə prosesi keçirilməsini və cinayət işinə xitam verilməsini istəyiblər. Məhkəmə vəsatətləri təmin etməyib.

İş üzrə hazırlıq iclasları yekunlaşıb məhkəmə proseslərindən birinin yanvarın 11-i, digəri isə yanvarın 13-nə təyin olunub.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayət veriblər. Qeyd edək ki, iddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” Yutub kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan və Putin telefonla danışdı –

Sonrakı məqalə

Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə iclası keçirəcək –