Paşinyan və Şarl Mişel Bakı -İrəvan normallaşmasını müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Nikol Paşinyan və Şarl Mişed Azərbaycan və Ermənistan liderlərinin danışıqları zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacib olduğunu bildiriblər. Bu razılaşmalara əsasən, sərhədlərin delimitasiya və demarkasiyası Almatı Bəyannaməsinə əsasən həyata keçirilməlidir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.