Paşinyandan tələb olundu:

"Ermənistanda ABŞ-ın bioloji laboratoriyalarını bağla!"
12 May 2020 - 10:00

“Ermənistan qartalları – Vahid Ermənistan” partiyasının nümayəndələri baş nazir Nikol Paşinyana ölkə əhalisinin təhlükəsizliyi naminə ABŞ bioloji laboratoriyalarının ləğvi tələbi ilə müraciət ediblər.

Onlar bildiriblər ki, bu cür obyektlərin yerləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur, lakin hakimiyyət illərdir vəziyyəti görməzdən gəlir.

Bəyanatda vurğulanır: “Ermənistan ərazisindəki Amerika bioloji laboratoriyaları həm vətəndaşların sağlamlığına, həm də erməni genetik kodunun qorunmasına təhlükə yaradır. Ermənistanın suverenliyini və erməni xalqının təhlükəsizliyinin təmin olunmasının prioritetliyini nəzərə alaraq,” Ermənistan qartalları – Birləşmiş Ermənistan” partiyası baş nazir Nikol Paşinyandan tələb edir ki, iki ay ərzində ABŞ-ın Ermənistandakı bütün bioloji laboratoriyalarını ləğv etsin”. (Virtualaz.org)