Paşinyanın harada olduğu məlum deyil –

Ermənistanda onu axtarırlar
11 Noyabr 2020 - 10:29

Ermənistanın Baş naziri Nikol Paşinyanın harada olduğu məlum deyil. Bütün ölkə bu günlərdə onu və ailəsini axtarır.

Azpost.info bildirir ki, bu barədə “Qraparak” qəzeti yazıb.

“İnsanlar baş nazirin harada olduqğunu bilmək hüququ var”.

Paşinyanın son canlı yayımını təhlil edənlərin fikrincə, o çox açağı tavanı olan, pəncərəsiz bir məkandadır. Qəzetə məlumat verən mənbənin sözlərinə görə, Paşinyan Müdafiə Nazirliyinin bunkerindədir.

Ailə üzvlərinə gəlincə, şaiyələrə görə, Paşinyanın iki qızı-Mariam və Şuşan Ermənistanı tərk ediblər. Onların Kanadada olduğu deyilir.

Həyat yoldaşı Anna Akopyanın harada olması gizli saxlanılır. Dünənə qədər Gorusda olsa da artıq oranı tərk edib. Oğlu və kiçik qızı Anna Akopyanladır.