Paşinyanın mətbuat katibi istefa verib

09 Noyabr 2021 - 12:45

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan vəzifəsindən azad olunub.

Azpost.info bildirir ki, bu barədə Gevorkyan özü məlumat verib.

“Öz istəyimlə baş nazirin mətbuat katibi vəzifəsindən azad edilmişəm”-deyə Mane Gevorkyan yazıb. O bildirib ki, işlədiyi müddət ərzində 2018-ci il inqilabının əsasında duran dəyərlərə sadiq olub.