“Paşinyanın Rusiyaya inamı itib” –Tofiq Zülfüqarov

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhədin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb.

Azpost.info bildirir ki, Azərbycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, son günlər sərhəddə baş verənlər Ermənistan daxilində qərbpərəstlərlə, rusiyapərəstlərin mübarizənin təzahürüdür. Azadlıq radiosuna açıqlamasında sabiq nazir deyib ki, özəlliklə Qarabağdakı 44 günlük müharibədən sonra Nikol Paşinyanın və Ermənistan cəmiyyətinin Rusiyaya inamı itib. Tofiq Zülfüqarovun fikrincə, Paşinyan fərqindədir ki, qərbyönümlü siyasətinə görə Rusiya onu cəzalandıra bilər: “Bu məsələlər də ilk növbədə Zəngəzur dəhlizinə aiddir. 10 noyabr razılaşmasına əsasən, məhz həmin ərazidə kommunikasiya xətləri açılmalı idi. Bu təhlükənin qarşısını almaq üçün Ermənistan durumu gərginləşdirir. Qərbin diqqətini cəlb eləmək üçün orada münaqişə ocağı yaratmağa çalışır. Məqsəd də Qərb qüvvələrinin, vasitəçilər, müşahidəçilər, ola da bilər ki, sülhməramlıların iştirakı ilə Ermənistan sərhədini qorumaqdır”.

Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan indiki mərhələdə Qərb müşahidəçilərinin hadisələrə müdaxiləsini istəmir. Çünki onlar sonradan başqa məsələləri də, məsələn Dağlıq Qarabağın statusu məsələsini də gündəmə gətirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Ağdam şəhər parkında dağdağan ağacı əkib

Sonrakı məqalə

“Dövlət sərhədində möhkəmlənəcəyik” –