“Kreml Ukrayna münaqişəsi ilə bağlı Ermənistanın mövqeyini nəzərə alır”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov bunu Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi olmadığı barədə sözlərinə münasibət bildirərkən deyib.
Paşinyan mövqeyini belə izah edib ki, Ermənistanın çətinlikləri ona başqa dövlətlərin problemlərinə daha çox qarışmağa imkan vermir.
“Bu mühüm bəyanatdır. Bilirik ki, Ermənistanın Ukrayna ətrafındakı münaqişəyə yanaşmasında müəyyən nüanslar var. Biz onları nəzərə alırıq, bilirik. Amma təbii ki, biz Ermənistanla müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edirik”, – Peskov bildirib.
Azpost.info
