Sentyabrın 23-dən Azərbaycan ərazisində payız fəsli başlayır. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun  verdiyi məlumata görə, payız fəsli Azərbaycanasentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq vəhəmin gün ən uzun gecə olacaq.