Pekin ABŞ-ı Tayvanı silahlandırmaqda ittiham edib

Pekin Tayvan administrasiyasına silah tədarükü və Vaşinqtonun Çin müəssisələri və fiziki şəxsləri ilə bağlı məhdudiyyətlərinə görə beş ABŞ şirkətinə qarşı cavab sanksiyaları tətbiq edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“ABŞ öz hərəkətləri ilə suverenliyə xələl gətirir, Çinin təhlükəsizlik maraqlarını, həmçinin müəssisələrin və şəxslərin hüquqlarını pozur”, – nazirlik bildirir.

Hazırda BAE Systems Land and Armament, Alliant Techsystems Operation, AeroVironment, ViaSat və Data Link Solutions şirkətlərinə qarşı tədbirlər görülür. Pekinin sanksiyaları çərçivəsində bu şirkətlərin Çindəki aktivləri və daşınmaz əmlakı dondurulacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Şarl Mişel postunu vaxtından əvvəl tərk edəcək

Sonrakı məqalə

“Azdrama”nın yanvar repertuarı