ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, Tayvana səfəri ilə bağlı böyük ajiotajın səbəbi onun yüksək vəzifəsi – ABŞ-ın dövlət iyerarxiyasında üçüncü ən mühüm vəzifə tutmasıdır.
Azpost.info xəbər verir ki, Pelosi ABŞ Konqresinin üzvlərinin bu ilin əvvəlində Tayvana səfər etdiyini xatırladıb.
“ABŞ Konqresinin üzvləri keçmişdə Tayvanda olublar, onlardan bəziləri bu ilin əvvəlində səfərlər ediblər. Deyəsən, mən spiker olduğum üçün böyük hay-küy saldılar. Bunun səbəb və ya bəhanə olduğunu bilmirəm”, – Pelosi deyib.
Azpost.info
