“Pensiyaya çıxıram, işləməyəcəyəm”- Sanksiyalar rusiyalı milyarderi istefaya məcbur etdi

Rusiyalı iş adamı Alişer Usmanov Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının İdarə Heyətinin Büro üzvlüyündən azad edilməsini xahiş edib.

Azpost.info xəbər verir ki, milyarder aktiv işdən uzaqlaşmaq qərarına gəldiyini deyib.

Sənəddə xüsusilə qeyd olunur ki, iş adamı təqaüdə çıxması və aktiv işdən uzaqlaşması ilə əlaqədar büroda iştirakdan azad edilməsini istəyib.

“Bizdə Usmanovun müvafiq ərizəsi var”, – Bürodan bildiriblər.

Martın 3-də Avropa Komissiyası Rusiya ilə bağlı sanksiya siyahısına 26 nəfəri əlavə edib. Onların arasında  “Rosneft”in baş direktoru İqor Seçin, iş adamı Alişer Usmanov, “Severstal”ın sahibi Aleksey Mordaşov, “Alfa Group”un təsisçiləri Mixail Fridman və Petr Aven də var. Bildirilib ki, bu iş adamlarının Avropa İttifaqındakı  vəsaitləri dondurulacaq, onlara hər hansı maliyyə vəsaiti və ya digər iqtisadi resursların verilməsi qadağan ediləcək.

Azpost.info

Əvvəlki məqalə

Ermənistanda ombudsman istefa verib

Sonrakı məqalə

2022-ci ildə orduda rüşvət alma və rüşvət verməyə görə cinayətlər azalıb