Pentaqon ABŞ-ın düşmənlərinin adını açqladı –

Rusiya və Çin niyə “qara siyahı”dadır?
13 Noyabr 2019 - 11:32

Rusiya və Çin ABŞ-ın təhlükəsizliyinə ciddi təhdid yaradan dövlətlərdir.

Azpost.info bildirir ki, bu barədə Pentaqonun rəhbəri Mark Esper bildirib. Bu barədə ABŞ müdafiə nazirliyinin saytındakı bəyanatda vurğulanıb.

Esper qeyd edib ki, Çinin hərbi potensialının genişlənməsi Rusiya ilə müqayisədə daha ciddi təhlükədir. O vurğulayıb ki, ABŞ-ın hazırkı milli müdafiə strategiyası böyük güc olan bu rəqiblərin qayıdışına rəqabət təşkil edir.

ABŞ əvvələr bəyan etmişdi ki, Moskva Vaşinqton üçün yaxın müddətli perspektivdə, Pekin isə uzun müddətli pespektivdə təhlükə yaradır.