Cəbhə xəttində yoxlama aparan ATƏT nümayəndələri icra başçısı ilə görüşdülər –FOTO

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilir. 

Monitorinq keçirmək üçün cəbhə bölgəsinə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

M. Məmmədov APA-ya deyib ki, görüş zamanı ərazidə keçirilmiş sonuncu monitorinqdən sonra ermənilərin atəşkəs rejimini mütəmadi pozduğu ATƏT nümayəndələrinin diqqətinə  çatdırılıb.

İcra başçısı onu da bildirib ki, görüşdə ermənilərin aparılan danışıqlara əhəmiyyət verməməsi və mütəmadi olaraq cəbhə xəttində gərginlik yaratması müzakirə olunub: “Son 6 ay həm cəbhəyanı yaşayış məntəqələrində yerli sakinlərin məhsullarını becərməsi və yığımına təsadüf edib. Bu müddətdə ermənilər həm yerli sakinləri hədəfə alıb, həm də Sərsəng su anbarının qarşısını kəsərək əkin sahələrinin suvarılmasına çətinlik yaradıb. Bunları da ATƏT nümayəndələrinin diqqətinə çatdırdım”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müsavat başqanının müavini həbs olunub

Sonrakı məqalə

Pentaqon ABŞ-ın düşmənlərinin adını açqladı –