Pentaqon iranlı generalın öldürülməsinə görə məsuliyyəti üzərinə götürdü

pentaqon

Pentaqon İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Pentaqondan bildiriblər ki, İraqın paytaxtı Bağdadda iranlı generalın öldürülməsi ilə əlaqədar əməliyyat ölkə prezidentinin sərəncamı ilə həyata keçirilib.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub. Əlavə edilir ki, ABŞ bölgədəki maraqlarını qorumağa davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir