Pentaqon İŞİD və “Əl-Qaida”nın xarici hücumları bərpa edəcəyini bəyan edib

26 Oktyabr 2021 - 19:34

ABŞ kəşfiyyatçıları İslam Dövlətinin (İŞİD) Əfqanıstan bölməsinin yaraqlılarının yeni xarici hücumları yarım il ərzində həyata keçirəcəklərini gözləyir.

Bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib.

“ABŞ kəşfiyyatçıları hesab edir ki, İŞİD Əfqanıstanda 6-12 ay sonra bu imkana malik olacaq. “Əl-Qaida” üçün isə 1-2 il müddət lazım gələ bilər”, – deyə cənab Kol Senatda keçirilən dinləmələrdə vurğulayıb.

Pentaqon rəhbərinin müavininin sözlərinə görə, İŞİD və “Əl-Qaida” “xarici hərbi əməliyyatları”, o cümlədən ABŞ-a qarşı əməliyyatları bərpa etmək niyyətindədir. Lakin qruplardan heç biri hələlik belə imkana malik deyil.