Pentaqon Ukraynaya görə yüksək döyüş hazırlığı vəziyyəti elan edib

Ukrayna ətrafındakı vəziyyətə görə Pentaqon ABŞ ərazisində 8500 nəfərlik kontingenti Avropaya göndərilmək üçün yüksək döyüş hazırlığı səviyyəsinə gətirib. Lakin onların qitəyə göndərilməsi barədə qərar verilməyib.

RİA- Novosti-nin xəbərinə görə, bu barədə ABŞ-ın müdafiə nazirliyinin rəsmisi Con Kirbi məlumat verib.
“Müdafiə naziri Ostin ABŞ ərazisindəki bəzi hərbi hissələrin yüksək döyüş hazırlığına gətirilməsini əmr edib. Bu hərbçilərin sayı 8500 nəfərə çatır. Lakin onların harasa göndərilməsi barədə qərar yoxdur”, -deyə Kirbi jurnalistlərə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN vətəndaşların müvəqqəti qeydiyyatının niyə ləğv olunduğunu açıqlayıb

Sonrakı məqalə

Bakıda maşını atəşə tutulan şəxs keçmiş polis əməkdaşı olub