Bakıda maşını atəşə tutulan şəxs keçmiş polis əməkdaşı olub

Bakıda bir neçə gün öncə silahlı hücuma məruz qalan şəxsin keçmiş polis əməkdaşı olduğu məlum olub.

Yanvarın 20-si axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.

Məlum olub ki, Tərlan Namazov keçmiş polis əməkdaşıdır. Daha öncə xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub. (Qafqazinfo)

Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pentaqon Ukraynaya görə yüksək döyüş hazırlığı vəziyyəti elan edib

Sonrakı məqalə

“Arşın mal alan” tamaşası oynanılacaq-