PepsiCo şirkəti Rusiyada Pepsi, 7Up və Mirinda içkiləri üçün konsentratların istehsalını dayandırıb. Bu barədə Reuters agentliyi şirkətin bəyanatına istinadən məlumat yayıb.
AzPost xəbər verir ki, agentliyin qeyd etdiyinə görə, PepsiCo artıq Rusiya Federasiyasındakı zavodlarında Pepsi, Mirinda, Seven-Up və Mountain Dew üçün konsentratların istehsalını dayandırıb.
Daha əvvəl bildirilmişdi ki, PepsiCo şirkəti payıza qədər Rusiyada Pepsi içkisinin istehsalını tamamilə dayandırmağı planlaşdırır. Avqust ayında məlum olmuşdu ki, şirkət Rusiya bazarında yeni markalar — “Evervess” və “Frustyle”ın satışına başlayıb.
Xatırladaq ki, mart ayında PepsiCo Rusiyada içki satışını və reklam fəaliyyətini dayandırdığını elan etmişdi.